Oxşarlıq hesabatının təhlili adətən bir neçə dəqiqə çəkir. Sessiya zamanı bu, adi haldan bir az daha uzun çəkə bilər. Beləliklə, biz yoxlamanın səmərəli və bütün mövcud resurslarda axtarışla aparılmasını təmin etmək üçün hər cür cəhd göstəririk.
Token sistemin valyutasıdır. Fərdi hesabda sənədləri yoxlamaq üçün Tokenlər almaq lazımdır. İşinizi sistemə yüklədikdən sonra sistem tərəfindən tələb olunan Token sayı hesablanır. Unutmayın ki, 1 Token 10 səhifəyə yaxın olan 18 000 işarəni yoxlamağa imkan verir. Misal üçün, 54 000 işarədən və ya təxminən 30 səhifədən ibarət bir sənəd yükləsəniz, sənədinizi yoxlamaq üçün 3 Token tələb olunacaq. Sistem yoxlamanın qiymətini artıracaq əlavə ödənişli seçimlər təklif edəcək. Sistem hər bir seçim üçün qiymətin nə qədər dəyişdiyini göstərəcək. Tokenlər alındığı andan 6 ay ərzində etibarlıdır.
Plagiat.pl saytında qeydiyyatdan keçmiş hesabınızı silmək üçün, zəhmət olmasa, istifadəçi hesabınızda "İstifadəçi məlumatlarını redaktə et" bölməsində mövcud olan "Sil" düyməsindən istifadə edin.
Yazılı şəkildə də müraciət oluna bilər. Bunun üçün hesabı silmək niyyətini təsdiq edən məktubu elektron poçt vasitəsi ilə officebaku@strikeplagiarism.com ünvanına göndərin. Məktub istifadəçinin hesabında "Yardım" bölməsində mövcud olan formadan göndərilməlidir. Başqa kanal vasitəsilə mesaj göndərsəniz, Müştəri Xidmətləri Departamenti yoxlama məqsədilə hesabınızdan mesaj göndərməyinizi xahiş edə bilər.
Plagiat.pl sisteminin düzgün işləməsini təmin etmək üçün aşağıdakılara əməl edin:
Firefox (2.x və ya daha yeni) və ya Google Chrome (4.x və ya daha yeni) brauzerindən istifadə edin
Brauzerdə kukilər mexanizmi aktiv olmalıdır,
Brauzerdə JavaScript aktiv olmalıdır,
Brauzerdə CSS aktiv olmalıdır,
Bu şərtlər yerinə yetirilərsə, sistem fasiləsiz işləməlidir. Əlavə problemlərlə qarşılaşsanız, zəhmət olmasa, bizimlə əlaqə saxlayın. Sistemə yalnız düzgün login və şifrəni daxil etdikdən sonra daxil olmaq mümkündür. "Köçür-əlavə et" seçimindən istifadə etməklə məlumatların düzgün daxil edilməsində əmin ola bilərsiniz.
Həmçinin, Facebook hesabı vasitəsi ilə də girişdən istifadə edə bilərsiniz.
Qeydiyyatdan sonra aktivləşdirmə keçidi avtomatik olaraq qeydiyyat zamanı göstərilən e-poçt ünvanına göndərilir. Məktub e-poçt xidmət təminatçınız tərəfindən spam hesab edilmiş ola bilər, həmçinin spam qutusunu yoxlayın. Bu problemin digər səbəbi yeni hesab yaradarkən formadaki səhv ola bilər. Unudulmuş şifrə üçün təlimatları izləyə bilərsiniz. E-poçt ünvanının düzgün daxil edildiyində əmin olmaq üçün yeni hesab yaratmağı tövsiyə edirik.
Yox. Fərdi hesab (istifadəçinin tokenlərdən istifadə etməklə yoxlama üçün ödəniş etdiyi) universitet məlumat bazasında qeydiyyata alınmayıb və bu hesab növü ilə yoxlanılan sənədlər heç bir məlumatlar bazasına əlavə edilmir. Üçüncü tərəfin fərdi istifadəçilərin sənədlərinə çıxışı yoxdur. İstifadəçi bizimlə əlaqə saxlamadan öz sənədini və ya hesabını silə bilər, silindikdən sonra onun bərpası mümkün deyil.